Xırdalanda partlayış: Daha bir nəfər dağıntılar altından xilas edilib

Yan25,2021

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Nazirlikdən QİA.AZ-a bildirilib ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 3-ə çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

XXX

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

QİA.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, partlayışdan sonra evdə yanğın başlayıb. Partlayışın gücündən yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

İki nəfər dağıntılar altından xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Onlardan biri qadın, digəri isə uşaqdır. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

Hadisənin səbəbləri barədə dəqiqləşdirmə aparılır.

Oxşar Xəbərlər