Külli miqdarda narkotik vasitə aşkar edildi-VİDEO

Yan25,2021

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda “Renault” markalı, yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.  DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən QİA.AZ-a verilən məlumata görə, yoxlama  zamanı nəqliyyat vasitəsinin dartıcısının  arxa hissəsində yerləşən 2  ədəd akkumulyatorun hər birinin içərisinə nisbətən kiçik ölçülü akkumulyator, qalan boşluqlara isə düzbucaqlı formalı, qara rəngli bağlamalarda qablaşdırılan narkotik vasitə – tiryək yerləşdirildiyi məlum olub.
    Ümumilikdə 10 ədəd bağlamadan qablaşdırmaları ilə birgə  21 kq 280 qram narkotik vasitə – tiryək aşkar edilib.

https://youtu.be/Y_S9rc5r8ZI

Oxşar Xəbərlər