Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının İqlim Dəyişikliyi Konsepsiyası ən yaxşı təcrübələri və yenilikləri bölüşməyə çağırır.
QİA.az xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya üzrə Regional Əməkdaşlıq Şöbəsinin rəhbəri Ləzizə Sabirova brifinq zamanı deyib.“Ötən il Tbilisidə, noyabrın sonunda biz nazirlər konfransı keçirdik. Orada nazirlərimiz yekdilliklə iqlim dəyişikliyi ilə bağlı mövcud vəziyyətə adekvat olan baxışı qəbul etdilər. Beləliklə, biz indi bu strateji baxışı, sənədi necə həyata keçirə biləcəyimizlə bağlı əməli fəaliyyət planı hazırlayaraq bu baxışı həyata keçirməyə başlamışıq”, – L.Sabirova bildirib.