Qardaşının toyunda koronavirusa yoluxan Misir yığmasının kapitanı Məhəmməd Salah tənqid olunub.
“QİA.AZ” yerli mətbuata istinadən xəbər verir ki, millinin sabiq hücumçusu Mido İngiltərə “Liverpul”unda çıxış edən oyunçunun hərəkətini məsuliyyətsizlik adlandırıb.
Veteran futbolçu Afrika Millətlər Liqasının Toqo ilə matçlarından əvvəl karantinə alınan Salahın toy məraismində iştirakını qınayıb: “Sizə orada nə baş verdiyini deyim. 300-400 insan futbolçu ilə şəkil çəkdirib və onu öpüb. Millini düşünən oyunçu bunu etməməlidir. Salahın yığmanın düşərgəsinə gəlmədən toya getməsi utancvericidir. Gəminin kapitanı belə edirsə, o gəmi batar”.
Qeyd edək ki, Misir millisi Məhəmməd Salahın iştirak etmədiyi hər iki oyunda Toqonu məğlub edib. 28 yaşlı futbolçu İngiltərə Premyer Liqasının IX turunda “Lester”lə görüşü də buraxacaq.