Xorvatiya millisinin və Türkiyənin “Beşiktaş” klubunun sabiq baş məşqçisi Slaven Biliçin yeni iş yeri müəyyənləşib.
“QİA.AZ”ın məlumatına görə, 53 yaşlı mütəxəssis karyerasını Çində davam etdirəcək.
Xorvatiyalı baş məşqçi “Beytszin Qoan” klubu ilə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, Slaven Biliç son olaraq İngiltərənin “Vest Bromviç” klubuna rəhbərlik edib. O, dekabrın 26-da uğursuz nəticələrə görə istefaya göndərilib.
Biliç daha əvvəl İngiltərədə “Vest Hem” və Rusiyada “Lokomotiv” (Moskva) komandalarının da baş məşqçisi olub.