QİA.az-ın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.Məzahir Pənahov deyib ki, qarşıdan yay gəlir: “Yazda, payızda bəzi işləri daha rahat görmək olur. Ona görə də artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir”.
Qeyd edək ki, MSK sədri bundan öncə bildirib ki, qanunvericiliyə əsasən, bu ilin noyabr ayında parlament seçkiləri olmalıdır, seçkilərin müddəti önə də çəkilə bilər.
O, parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmasını da vacib sayıb.