Macarıstan klubunun 18 yaşlı futbolçusu məşq zamanı ölüb

İyn23,2021

Macarıstanın “Andraşid” klubunun futbolçusu Viktor Marsel məşq zamanı ölüb.

“QİA.az” xəbər verir ki, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

Klubunun prezidenti Zoltan Soos bildirib ki, gənc futbolçu məşq zamanı qazonun üstünə yıxılıb və huşunu itirib.

“Komanda yoldaşları və məşqçi dərhal gənc oyunçuya yardıma atıldılar və onu sabit vəziyyətə gətirməyə çalışdılar. Onlar telefonla təcili yardım xidmətinin rəhbərliyi altında ürəyin və defibrilyatorun masajından istifadə edərək, reanimasiyaya başladılar”, – komandanın rəsmisi bildirib.

Stadiona gələn təcili tibbi yardım reanimasiya hərəkətlərini davam etdirib, ancaq oyunçunu xilas etmək mümkün olmayıb.

“Viktor Marsel Heqedyusun simasında biz istedadlı oyunçunu, komanda yoldaşımızı və dostumuzu itirdik. Onun yoxluğu qəbul etmək yalnız ailəsi üçün yox, “Andraşid”in bütün üzvləri üçün çətin olacaq. Doğmalarına başsağlığımızı ifadə edirik!” – Soos bildirib.

Oxşar Xəbərlər