Mahir Emreli: “Meydanda eqoist deyiləm”

İyl8,2021

“Legiya”ya keçmək çətin qərar oldu. Çünki karyeramın böyük hissəsi Azərbaycanla bağlı idi. Amma uşaq vaxtı başqa ölkədə yaşamağın ləzzətini dadmışdım. Sonra bir neçə ay Fransanın “Lans” klubunda məşq etmək fürsəti tapdım”.

QİA.AZın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Emreli yerli mətbuata müsahibəsində Varşava təmsilçisinə keçidi barədə danışarkən deyib.

24 yaşlı hücumçu bildirib ki, bir neçəil “Qarabağ”da çıxış etdikdən sonra özünü fərqli ölkədə sınamaq vaxtı çatmışdı: “Bu şansı qazanmaq üçün çox çalışdım. Bunun asan başa gəldiyini deyə bilmərəm. Amma fərqli bir şey sınamağın vaxtı yetişmişdi”.

Forvard “Qarabağ”da daha çox məvacib almasına və müntəzəm olaraq avrokuboklarda çıxış etməsinə baxmayaraq, “Legiya”nı seçməsinin səbəbini açıqlayıb: “Bu, mənim hobbimdir (gülür). Bilirsiniz ki, Ekstraklasada çıxış edən futbolçuların Avropanın aparıcı liqalarına keçmək şansı daha böyükdür. Bu istiqamətdə getməyə qərar verdim. Eyni zamanda, meydanda həmişə eqoistlikdən çəkinməyə çalışan bir oyunçuyam. Daha çox komanda oyununa üstünlük verirəm. “Legiya”ya kömək edə biləcəyimə inanıram”.

Oxşar Xəbərlər