İngiltərənin “Mançester Siti” klubunun və Belçika millisinin futbolçusu Kevin De Bröyne Çempionlar Liqasının “Çelsi” ilə final oyununda aldığı zədədən danışıb.
“QİA.az”ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi xəstəxanada ona burun sümüyündə sınıq və sol gözü ətrafındakı sümüyün qırılması diaqnozunun qoyulduğunu bildirib. De Bröyne “Çelsi”yə 0:1 hesabı ilə uduzduqları oyundan da məyusluğunu gizlətməyib.
Qeyd edək ki, Portuqaliyanın Portu şəhərindəki “Draqau” stadionunda keçirilmiş görüşdə yeganə qolu 42-ci dəqiqədə Kay Haverts vurub. Kevin De Bröyne 60-cı dəqiqədə zədələnərək, əvəzlənib.