İnzibati-ərazi bölgüsü

Əhalinin orta sıxlığı — 158 nəfər kv/km. Ən böyük kəndləri: Boradigah, Ərkivan ( artıq qəsəbədir) və Mahmudavardır. Digər kəndlər: Binə Xocavar, Qızılaküçə, Bağlaküçə, Zeynoba, Həsnəküçə, Abaslı, İsaoba, Göllü, Ramazanlı, Bədirli, Cəbili, Əlihəsənli, Allahyarlı Şərəfə, Bambaşı, Hacıtəpə, Həsənli, Qızılağac, Təzə Alvadı, Kalinovka, I Yeddioymaq, II Yeddioymaq, Qasımlı, Köhnə Alvadı, Təzəkənd, Kürdəbaz, Qarğalıq, Qədirli, Hüseynhacılı, Xallıcallı, Bala Təklə, Təklə, Şıxlar, Ərəb, Musaküçə, İsgəndərli, Sığdaş, Ninəlov, Kolatan, Alışanlı, Zuvandlı, Hişkədərə, Kubin, Xırmandalı, Rudəkənar, Xıl, Çaxırlı, Sığıncaq, Köçəkli, Əhmədli, Sərçuvar, Lürən, Kosakül, Gəyəçöl, Tatyanoba, Yeyənkənd, Xəlfələr, Güllütəpə, Böyük Xocavar, Səmitxan, Seybətin, Ətçələr, Mollaoba, Sirəbil, Aşurlu, Eminli, Qızılavar, Pələnküçə Digah

Masallı rayonu

Masallı ərazisində qədim insanlar 15–20 min il bundan əvvəl yaşamışlar. Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun “Cavahirnameyi Lənkəran” (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxbarnamə” (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır.

“Masallı” coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponimi “məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər” mənasında səciyyələndirirlər. Masallı sözünün “Mosullu” sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və buraların onun şərəfinə Masallı adlandırıldığı qeyd olunur.

Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı “Azərbaycanın coğrafi adları” kitabında “Masallı-Masal nəslinə mənsub” şəklində qeyd olunmuşdur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın “Masal” əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, “Masallı” toponimində “Masal”-Yer ərazi “Lı”isə məkan bildirən şəkilçidir.

Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI–XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Talış xanlığının tərkibində olmuşdur. XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisi Talış qəzası adlanırdı. 08 avqust 1930-cu ildə Masallı inzibati rayonu yaradıldı və Masallının adı Azərbaycan SSR-nin xəritəsinə rayon mərkəzi kimi daxil oldu.

Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq tarixin müəyyən dövrlərindən artmağa başlamışdır. Görkəmli siyasi xadimlərin, dövlət və mədəniyyət adamlarının Masallıya gəlişi məhz belə bir münasibətin ifadəsi idi. 1274-cü ildə Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin, 1501-ci ildə Şah İsmayıl Xətainin Ərkivan kəndində, görkəmli dövlət xadimi, yazıçı Nəriman Nərimanovun 1922-ci ildə Masallıda və onun bir sıra kəndlərində olması barədə çoxlu əsərlərdə məlumatlara rast gəlmək olar. Doktor N.Nərimanov Masallıda olarkən bu ərazinin təbii imkanları və üstünlüklərindən danışmaqla yanaşı, həm də taxılçılığı və çəltikçiliyi inkişaf etdirməyi vacib saymışdır. Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev iki dəfə, prezident İlham Əliyev isə bir neçə dəfə Masallıya səfər etmişlər. Masallının ən qədim kəndlərindən biridə təxminən 7 əsr yaşı olan NİNƏLOV kəndidir.

Coğrafiyası

Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Şərqdə Xəzər dənizi, Qərbdə isə Talış dağları, Burovar silsiləsi ilə həmsərhəddir. Sahəsində maksimal hündürlük 917 m-ə çatır, ən aşağı ərazisi Xəzər dənizi sahillərində −26,5 m.dir. Mineral və geotermal mənbələr var. Yanvar ayının orta temperaturu 2,5 °C, iyul ayının orta temperatur 25,6 °C. İllik yağıntının miqdarı — 600–800 mm. arasında dəyişir. Ən böyük çayı Viləşdir.

Rayon Ələt–Astara yolunun 232-ci kilometrliyində yerləşir. Şərqdən Xəzər dənizi, Qərbdən Talış sıra dağları ilə əhatə olunmuşdur. Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə diqqəti cəlb edir. Meşələrin ümumi sahəsi 16,9 hektardır. Ağac növlərindən şabalıdyarpaq palıd, vələs, palıd, fıstıq, əzgil, gavalı, dəmirağac, lənkəran akasiyası, şümşad kimi növlər var. Əksəriyyəti endemik növdür.

Əhali

AzStat-ın 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən rayonda 211.951 nəfər əhali yaşayır.

Etnik tərkibi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

Masallı rayon İcra Hakimiyyətinin rəsmi veb-saytında rayonun əhalisi haqqında verilən məlumata əsasən 1 yanvar 2014-cü il tarixinə rayonun əhalisi 211.9 min (1 km²-ə 294 nəfər əhali düşür) nəfərdir.

Bələdiyyələri

Masallı rayonunda 36 bələdiyyə fəaliyyət göstərir. Ümumi bələdiyyə üzvlərinin sayı 842 nəfərdir. Fəaliyyətdə olan bələdiyyələrin 1-i şəhər ərazisində, 2-i qəsəbədə, qalanları isə (33 bələdiyyə) kənd yaşayış məntəqələrində fəaliyyət göstərir.

İnzibati bölgüsü

Ləğv edilmiş yaşayış məntəqələri

  • Kosagül kəndi

Qoruqlar

Respublikanın ən böyük və ən zəngin qoruqlarından olan Qızılağac Dövlət Təbiət Qoruğu əsasən Qızılağac körfəzi və “Pirman” adlanan sahələrdə yerləşir. Qoruqda adları “Qırmızı kitab”a düşən quşlar və vəhşi heyvanlar var. Bundan başqa dünyada ən nadir ağaclardan olan “Qızılağac” ağacı (el arasında ona Razdar da deyilir) qorunur.

Tarixi və memarlıq abidələri

Boradigah Cümə MəscidiBoradigah Əli Məscidi

(1853–1854)]] Masallı tarixinin güzgüsü 1952-ci ildən rayonun Hişkədərə kəndində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika, arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Rayonun Ərkivan, Hişkədərə, Boradigah, Tatyan, Hacıtəpə, Şəhriyar, Xırmandalı, Mahmudavar, Bambaşı, Çaxırlı, Ərəb, Qızılağac, Qəriblər, Öncəqala, Köhnə Alvadı kəndlərinin yaxınlığında qədim şəhər, qala kurqanı, türbə məqbərə yerləri aşkar edilmişdir.Bu ərazilərdən tunc, dəmir, antik və orta əsrlər dövrünə aid xeyli miqdarda maddi-mədəniyyət nümunələri toplanmışdır. Bütün bunlar Masallı (Hişkədərə) Tarix-Diyarşünaslıq muzeyində mühafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur.

Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.

Masallı rayonunda aşağıdakı tarixi və memarlıq incəsənət abidələri mövcuddur

  1. XIV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım türbəsi;
  2. III – IX əsrlərə aid Mahmudavar kəndində yaşayış yeri arxeoloji abidə;
  3. IX – X əsrlərə aid “Ərkivan qalası”;
  4. Orta əsrlərə aid Qarğalıq ərazisində Şəhriyar yaşayış yeri;
  5. XIX əsrə aid Masallı şəhər Cümə məscidi;
  6. XIX əsrə aid Boradigah məscidi;
  7. XIX əsrə aid Qızılavar məscidi;
  8. XIX əsrə aid Masallı şəhərində hamam;
  9. XIX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi;
  10. XIX əsrə aid Ərkivan kəndində Mehti bulağı;
  11. VII əsrə aid Sığdaş kəndində Mürsəli ocağı;
  12. XVI əsrə aid Mahmudavar kəndində Baba Seyidağa türbəsi;
  13. XIX əsrə aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində dağ-qoç fiquru;
  14. Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları;
  15. Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları;
  16. XXI əsrə dair Ərkivan kəndində Mir Seyid Sadiq Ağa məqbərəsi;
  17. Hişkədərə kəndində iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi;
  18. Orta əsrlərə dair Ninəlov kəndində Səhhət qalası;indidə Səhhət qalasının daş qalıqları qalmaqdadır Ninəlov kəndi özü XIII–XIV əsrlərdə salınıb
  19. XX əsrə dair Ərkivan kəndində Şəhsəfi bulağı;
  20. XIX əsrə aid Şərəfə məscidi və hamamı ;
  21. Tunc dövrünə aid Şərəfə kurqanı.

Masallının qəhrəmanları

1941–1945-ci illərdə Böyük Vətən Müharibəsinə getmiş 10 914 nəfər Masallı sakinindən 4 248 nəfəri qayıdıb, 1573 nəfəri itkin düşüb, 5 mindən çoxu şəhid olub.

Qarabağ muharibəsində 5 min nəfərə yaxın Masallı sakini vuruşub. Onlardan 150 nəfəri şəhid olub, 30 nəfəri itkin düşüb, 500 nəfərdən çoxu yaralanıb. Onlardan 4 nəfəri — Səfəralı Məmmədov, Elşad Hüseynov, Elşad Əhədov və Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 3 nəfər Masallı döyüşçüsünə Azərbaycan Bayrağı ordeni verilmişdir.

Masallının görkəmli şəxsləri

XX əsrdə Masallı Azərbaycana və dünyaya 230-dan çox elmlər doktoru, elmlər namizədi, 6 general, 100-ə yaxın yazıçı və şair, müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslər verib. İqtisadiyyat sahəsindəki uğurlarına görə SSRİ dövründə 50 nəfərdən çox Masallı Sosialist Əməyi Qəhrəmanı fəxri adına və Lenin ordeninə layiq görülmüşdür.

  • Qubad Nəsirov — Sosialist Əməyi Qəhrəmanı
  • Ədalət Abdinov — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Stalin mükafatı laureatı
  • Teymur bəy Bayraməlibəyov — etnoqraf
  • Baloğlan Əşrəfov — Azərbaycanın əməkdar artisti.
  • Zəbi Quliyev — Azərbaycan SSR dövlət xadimi
  • Vaqif Yusifli — filologiya elmləri doktoru.
  • Cavanşir Yusifli — filologiya elmləri doktoru.
  • Ədalət Fərəcov — professor
  • Elşad Əhədov — Azərbaycanın Milli Qəhrəmanı.
  • Elşad Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı.
  • Səfa Axundov — Azərbaycanın Milli Qəhrəmanı.
  • Səfəralı Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı.
  • Qulamhüseyn Əlibəyli — Aydınlar Partiyasının sədri.
  • Aliq Nağıoğlu — Yazıçı-jurnalist
  • Adəm Seyfullayev (Qızılbaşlı) — şair
  • Rəhim Tağıyev — Hişkədərə kəndində yerləşən tarix — diyarşünaslıq muzeyinin yaradıcısı
  • İbrahim İbrahimov — jurnalist
  • Ələddin Məlikov Mehman oğlu — AMEA Fəlsəfə və sosiologiya İnstitutu, Fəlsəfə üzrə elmlər doktoru .
  • [Rəşad Əsgərov] Hüseynağa oğlu — Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.
39°02′ şm. e. 48°39′ ş. u.
Ölkə Azərbaycan
DaxildirLənkəran
İnzibati mərkəzMasallı
İcra başçısıŞahin Məmmədov
Tarixi və coğrafiyası
Yaradılıb8 avqust 1930
Sahəsi721 km²
Hündürlük917 m
Saat qurşağıUTC+04:00
Əhalisi
Əhalisi225 800(2019)nəfər
Rəsmi diliAzərbaycan dili
Rəqəmsal identifikatorlar
ISO koduAZ-MAS
Telefon kodu994 25
Poçt indeksiAZ4400
Avtomobil nömrəsi44

Oxşar Xəbərlər