Meksikanın Tamaulipas ştatının Reynose şəhərinin müxtəlif ərazilərində baş verən silahlı hücumlar nəticəsində azı 14 nəfər həlak olub.
Bu barədə “QİA.az” “Universal” qəzetinə istinadən xəbər verir.
Bildirilir ki, cinayətkarlar şəhərdə bir neçə avtomobildə hərəkət ediblər. Hadisə ilə bağlı bir nəfər saxlanılıb, o, avtomobilin yük yerində iki girovu daşıyırmış.
Hücumlar zamanı daha üç nəfər yaralanıb.
Ölkənin təhlükəsizlik qüvvələri qətlləri araşdırır və cinayətkarların axtarışına başlayıb.