Messi müqavilə şərtlərini 3 dəfə pozub

Fev1,2021
Messi müqavilə şərtlərini 3 dəfə pozub

İspaniya “Barselona”sının kapitanı Lionel Messi klubla müqaviləsindəki öhdəliklərinə tam əməl etməyib.

“QİA.AZ” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, argentinalı futbolçu sözləşmədəki bəzi bəndləri 3 dəfə pozub.

34 yaşlı hücumçu, qadağaya baxmayaraq, sosial şəbəkələrdə klubun əməkdaşlarını və rəhbərliyini tənqid edib.

O, xüsusilə Kataloniya təmsilçisinin sabiq idman direktoru Erik Abidalı, klubun maaş endirimi ilə bağlı təklifini və uruqvaylı forvard Luis Suaresin komandadan ayrılmasına səbəb olan hadisəni pisləyib.

İddiaya görə, Lionel Messi müqavilədə oyun, hazırlıq və təlim-məşq toplanışları zamanı sosial şəbəkələrdən istifadə etməməyi və digər oyunçuların, texniki heyət üzvlərinin, menecerlərin imicinə xələl gətirə biləcək məlumatları, şərhləri, videoları, fotoşəkilləri orada yaymamağı öhdəsinə götürüb.

Qeyd edək ki, 2005-ci ildən “Barselona”da çıxış edən Messinin klubla müqaviləsi bu il iyunun 30-da başa çatacaq.

Oxşar Xəbərlər