Messi PSJ ilə danışıqlar aparır

Avq6,2021

FUTBOL6 Avqust , 2021 8:19

Messi PSJ ilə danışıqlar aparır

Messi PSJ ilə danışıqlar aparır

İspaniya “Barselona”sından ayrılan ulduz futbolçu Lionel Messi son bir neçə saat ərzində Fransanın PSJ klubu ilə danışıqlar aparır.

Bu barədə jurnalist Məhəmməd Buhafsi tvitter hesabında bildirib.

Paris təmsilçisi 34 yaşlı hücumçu ilə müqavilə imzalamağı ciddi şəkildə düşünür və bunun həllini tapmağa çalışır.

Qeyd edək ki, Messi 2003-cü ildən “Barselona”da çıxış edirdi. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Oxşar Xəbərlər