Tokio-2020: Hacı Əliyev yarımfinala yüksəlib

Avq6,2021

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

65 kq-da çıxış edən idmançı 1/4 final mərhələsində qazaxıstanlı Daulet Niyazbekovla üz-üzə gəlib.

Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. O, bu raundda hindistanlı Bacranq Puniya ilə güləşəcək.

Əliyev daha əvvəl seneqallı Adama Diattanı məğlubiyyətə uğradıb.

Oxşar Xəbərlər