“Milan” və “Yuventus” Avropa Super Liqasından imtina edib – RƏSMİ

Apr21,2021

İtaliyanın “Milan” və “Yuventus” klubları Avropa Super Liqasından ayrıldıqlarını açıqlayıb.

“QİA.az” xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl İtaliyanın “İnter”, İspaniyanın “Atletiko” (Madrid), İngiltərənin “Liverpul”, “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem”, “Mançester Siti” və “Çelsi” klubları Superliqanı tərk edib.

İspaniyanın “Real Madrid” və “Barselona” klubu yarışdan imtina etdiklərini açıqlamayıb.

Oxşar Xəbərlər