Millimizin oyununa türk hakim təyinat alıb

Apr21,2021

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Monteneqro, Gürcüstan və Yunanıstana qarşı matçlarını idarə edəcək hakimlər açıqlanıb.

“QİA.az”ın məlumatına görə, F qrupundakı qarşılaşmalara 4 referi təyinat alıb.

Görüşlərdə ədaləti Erdal Akıncı (Türkiyə), Mixail Medved (Ukrayna), Vladimir Oleynik (Rusiya) və Dobromir Dobrev (Bolqarıstan) qoruyacaqlar.

Qeyd edək ki, təsnifat mərhələsində I dövrənin oyunları 7 – 9 mayda Gürcüstanda, II dövrənin matçları isə 14 – 16 mayda Monteneqroda təşkil olunacaq. Azərbaycan millisi ilk görüşünü mayın 7-də Monteneqroya qarşı keçirəcək.

Oxşar Xəbərlər