Millətlər Liqası: Albaniya B Liqasına yüksəldi

Noy18,2020

UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda daha iki qarşılaşma baş tutub.

QİA.AZ-ın məlumatına görə, C Liqasının 4-cü qrupunda Albaniya Belarusu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

4-cü qrupun digər matçında Qazaxıstan və Litva yığmaları üz-üzə gəlib. Qazaxıstan doğma meydanda 1:2 hesabı ilə uduzub.

Bu nəticələrdən sonra 11-ci xalını qazanan Albaniya qrup qalibi kimi B Liqasına yüksəlib. Belarus 10 xalla ikinci, Litva isə 8 xalla üçüncü olub. 6 oyuna 4 xal toplaya bilən Qazaxıstan seçməsi C Liqasında qalmaq üçün pley-off oynayacaq.

Oxşar Xəbərlər