Rusiya darmadağın oldu, Türkiyə aşağı liqaya endi

Noy19,2020
Rusiya darmadağın oldu, Türkiyə aşağı liqaya endi

UEFA Millətlər Liqasında qrup mərhələsinin son tur qarşılaşmaları keçirilib.

“QİA.AZ”ın məlumatına görə, B Liqasında mübarizə aparan Türkiyə yığması səfərdə Macarıstanla üz-üzə gəlib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 2:0.

Qrupun digər görüşündə Serbiya Rusiyaya böyük hesabla qalib gəlib – 5:0. Bu nəticələrdən sonra Macarıstan qrup lideri kimi A Liqasına yüksəlib. Türkiyə isə C Liqasına enib.

A Liqasında Fransanın ardından İtaliya, Belçika və İspaniya qrup lideri olaraq, “4-lər finalı”na vəsiqə qazanıb. Bosniya və Herseqovina, İslandiya, İsveç yığmaları aşağı liqaya enib. Dördüncü komandanın adına isə təxirə salınmış İsveçrə – Ukrayna görüşünün ardından aydınlıq gələcək.

B Liqasında Macarıstandan əlavə, Avstriya, Çexiya və Uels qrup qalibləri kimi A Liqasına yüksəlib. Türkiyə ilə yanaşı, Şimali İrlandiya, Slovakiya və Bolqarıstan aşağı liqaya düşüb.

C Liqasında Monteneqro, Ermənistan, Sloveniya və Albaniya qrup qalibləri kimi B Liqasına yüksəldikləri halda, Kipr, Estoniya, Moldova və Qazaxıstan sonuncu yeri tutublar. Onlar D Liqasına düşəcək 2 komandanı müəyyənləşdirmək üçün öz aralarında ev və səfər prinsipi ilə pley-off görüşləri keçirəcəklər.

D Liqasında qrup qalibləri olan Farer adaları və Cəbəllütariq milliləri C Liqasına yüksəliblər.

18 noyabr

UEFA Millətlər Liqası

VI tur

A Liqası

1-ci qrup

23:45. Bosniya və Herseqovina – İtaliya – 0:2

Qollar: Andrea Belotti, 22. Domeniko Berardi, 68

23:45. Polşa – Niderland – 1:2

Qollar: Kamil Yuzvyak, 6 – Memfis Depay, 76 (pen.). Jorjinyo Veynaldum, 84

Xal durumu: İtaliya – 12, Niderland – 11, Polşa – 7, Bosniya və Herseqovina – 2

2-ci qrup

23:45. İngiltərə – İslandiya – 4:0

Qollar: Deklan Rays, 20. Meyson Maunt, 24. Fil Foden, 80; 84

Qırmızı vərəqə: Birkir Sevarsson, 54 (İslandiya)

23:45. Belçika – Danimarka – 4:2

Qollar: Yuri Tilemans, 3. Romelu Lukaku, 56; 69. Kevin De Bruyne, 88 – Yonas Vind, 17. Tibo Kurtua, 87 (öz qapısına)

Xal durumu: Belçika – 15, Danimarka – 10, İngiltərə – 10, İslandiya – 0.

B Liqası

1-ci qrup

23:45. Şimali İrlandiya – Rumıniya – 1:1

Qollar: Liam Boys, 56 – Erik Bikvalfi, 81

23:45. Avstriya – Norveç – 1:1

Qollar: Adrian Qrbiç, 90+4 Qayas Zahid, 61

Xal durumu: Avstriya – 13, Norveç – 10, Rumıniya – 8, Şimali İrlandiya – 2

2-ci qrup

23:45. İsrail – Şotlandiya – 1:0

Qol: Manor Solomon, 44

23:45. Çexiya – Slovakiya – 2:0

Qollar: Tomaş Suçek, 17. Zdenek Ondraşek, 55

Xal durumu: Çexiya – 12, Şotlandiya – 10, İsrail – 8, Slovakiya – 4

3-cü qrup

23:45. Serbiya – Rusiya – 5:0

Qollar: Nemanya Radonyiç, 10. Luka Yoviç, 25; 45+1. Duşan Vlaxoviç, 41. Filip Mladenoviç, 64

23:45. Macarıstan – Türkiyə – 2:0

Qollar: David Siger, 57. Kevin Varqa, 90+5

Xal durumu: Macarıstan – 11, Rusiya – 8, Serbiya – 6, Türkiyə – 6

4-cü qrup

23:45. İrlandiya – Bolqarıstan – 0:0

23:45. Uels – Finlandiya – 3:1

Qollar: Harri Uilson, 29. Daniel Ceyms, 46. Kiffer Mur, 84 – Teemu Pukki, 63

Qırmızı vərəqə: Yere Uronen, 12 (Finlandiya)

Xal durumu: Uels – 16, Finaldniya – 12, İrlandiya – 3, Bolqarıstan – 2.

C Liqası

2-ci qrup

21:00. Ermənistan – Şimal Makedoniya – 1:0

Qol: Ohanes Ambartsumyan, 55

21:00. Gürcüstan – Estoniya – 0:0

Xal durumu: Ermənistan – 11, Şimali Makedoniya – 9, Gürcüstan – 7, Estoniya – 3.

3-cü qrup

23:45. Kosovo – Moldova – 1:0

Qol: Lirim Kastrati, 31

Qırmızı vərəqə: İbrahim Dreşeviç, 85 (Kosovo)

23:45. Yunanıstan – Sloveniya – 0:0

Qırmızı vərəqə: Pantelis Hatsidiakos, 90 (Yunanıstan)

Xal durumu: Sloveniya – 14, Yunanıstan – 12, Kosovo – 5, Moldova – 1.

4-cü qrup

19:00. Qazaxıstan – Litva – 1:2

Qollar: Abat Aymbetov, 38 – Modestas Vorobyovas, 40. Arvidas Novikovas, 90+4

19:00. Albaniya – Belarus – 3:2

Qollar: Sokol Cikaleşi, 19; 27 (pen). Rey Manay, 44 – Maksim Skavış, 35. Maks Ebonq, 80

Xal durumu: Albaniya – 11, Belarus – 10, Litva – 8, Qazaxıstan – 4.

Oxşar Xəbərlər