Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov 2020/2021 mövsümünü də ABŞ-ın “Finiks Rayzinq” klubunda keçirəcək.
“QİA.AZ” “jamaicaobserver.com” saytına istinadən xəbər verir ki, 29 yaşlı forvard komandası ilə yeni müqavilə imzalayıb.
Sözləşmənin müddəti 2021-ci ilin sonunadəkdir.
Qeyd edək ki, Rüfət Dadaşov geridə qalan mövsümdə 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası isə USL-də B Liqasının qalibi olub.