Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“QİA.AZ”ın xəbərinə görə, məktubda deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Rusiyanın TASS informasiya agentliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Siz müasir dövrün görkəmli siyasi xadimi, müdrik rəhbər, nadir şəxsiyyət, gözəl ailə başçısı kimi uzun illər öz gücünüzü, biliklərinizi və təcrübənizi Azərbaycanın rifahına sərf edirsiniz. Siz əsl vətənpərvər və Azərbaycan xalqının müdafiəçisi kimi tarixi ədaləti bərpa etdiniz və öz ölkənizin dövlətçiliyini qalibiyyətlə möhkəmləndirdiniz.
Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, nikbinlik, gələcək planlarınızın həyata keçməsi üçün tükənməz enerji, doğma ölkənizin rifahı naminə uğurlu və səmərəli fəaliyyət arzulayıram!
Sizə və Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm!”