Monteneqrolu futbolçu: “Neytral meydanda oynayacağımız üçün rahatıq”

Monteneqrolu futbolçu: "Neytral meydanda oynayacağımız üçün rahatıq"

“Yoldaşlıq oyunu çətin keçdi, xeyli güc sərf etdik. Əsas odur ki, uduzmadıq. Bu cür meydanda oynamaq çətindir. Ona görə də istənilən səviyyədə çıxış etmədik. Digər önəmli məqam qol buraxmamağımızdır”.

“QİA.AZ”ın məlumatına görə, bu fikirləri Monteneqro millisinin futbolçusu Aleksandr Bolyeviç “vijesti.me” saytına açıqlamasında Qazaxıstanla yoldaşlıq oyunu (0:0) barədə danışarkən deyib.

Belçika “Standard”ında çıxış edən 25 yaşlı hücumameylli yarımmüdafiəçi artıq Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Kiprlə keçirəcəkləri son 2 qarşılaşmaya hazırlaşmalı olduqlarını bildirib: “Bizi iki vacib oyun gözləyir. Azərbaycanla ilk görüşdə onlardan daha yaxşı olduğumuzu göstərdik. Bəlkə də bu rəqiblə neytral meydanda oynayacağımız üçün bir qədər rahatıq. Hər iki matçdan qələbə gözləyirəm. Daha sonra isə Lüksemburqun xal itirməsinə ümid etməliyik. Çünki hər şey onlardan asılıdır. Bu komanda Avropa futbolunun qaymağı deyil. Ona görə də büdrəyə bilərlər”.

Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Oxşar Xəbərlər