Nazir müavininin aldığı rüşvətin məbləği açıqlandı

Apr26,2024

Rusiya müdafiə nazirinin müavini Timur İvanova verilən rüşvət 1,185 milyard rubl təşkil edib.

QİA.az xəbər verir ki, bu barədə Rusiya KİV-i hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

“Ümumilikdə, müdafiə nazirinin müavininin aldığı rüşvətin məbləği, müstəntiqlərin hesablamalarına görə, 1,185 milyard rubl təşkil edib. Eyni zamanda, onun korrupsiya gəliri on dəfə çox ola bilər”, – “Kommersant” yazıb.Xatırladaq ki, İvanov aprelin 23-də korrupsiya cinayəti törətməkdə şübhəli bilinərək həbs edilib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin xüsusilə külli miqdarda rüşvət almaya aid 5-ci hissəsi ilə ittiham olunur.Müdafiə naziri Sergey Şoyqu artıq onu tutduğu vəzifədən uzaqlaşdırıb.

Bundan əlavə, məhkəmə İvanovun əmlakına və maliyyə resurslarına həbs qoyub.İş çərçivəsində təhlükəsizlik qüvvələri tərəfindən bir sıra ünvanlarda əməliyyat-istintaq tədbirləri, o cümlədən axtarışlar aparılır.

Oxşar Xəbərlər