Nadir mavi almaz hərracda 40 milyon dollara satılıb

Cənub Afrika Respublikasının Kullinan mədənində tapılan 39,3 karatlıq mavi almaz hərracda 40 milyon ABŞ dollarına satılıb.

QİA.AZ” “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə almazın keçmiş sahibi “Petra Diamonds” kompaniyası məlumat yayıb.

Cilalanmamış qiymətli daşın hər karatının qiyməti 1 milyon ABŞ dolları təşkil edib.

Almaz “De Beers” və “Diacore” şirkətləri tərəfindən alınıb.

Qeyd edək ki, mavi almazlar çox nadir tapıntıdır. Onlar bütün dünyada hasil edilən almazların cəmi 1 faizini təşkil edir.

Oxşar Xəbərlər