Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

May9,2024

Estoniyada Karyera Təhsil Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbi Estoniya Təhsil Nazirliyi və Estoniya Milli Azlıqların Həftəsonu Məktəblərin Müəllimləri Assosiasiyasının dəstəyi ilə Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, həftəsonu məktəbinin rəhbəri Sənəm Əliyeva gimnaziyanın şagird və müəllimlərinə Azərbaycan mədəniyyəti və tarixi, həmçinin Azərbaycan reallıqları barədə məlumat verib.

Gimnaziya ailəsi Azərbaycan muğam və xalça sənətinə dair videomateryalları baxıblar.

Təqdimatın sonunda müəllim və abituriyentlərin Azərbaycanla bağlı sualları cavablandırılıb.

Gimnaziyada həm də Azərbaycan tarixi və mədəniyyətini əks etdirən guşə qurulub.

Azərbaycan həftəsonu məktəbi tərəfindən Narva Estoniya Dövlət Gimnaziyasına Azərbaycanla bağlı kitablar, xalça maketləri və suvenirlər hədiyyə edilib. Tədbirin sonunda məktəb ailəsi Azərbaycanın milli şirniyyatlarından dadıblar.

Oxşar Xəbərlər