“QİA.AZ”ın məlumatına görə, eniş təxminən yeddi dəqiqə davam edib. Bu müddət ərzində bütün əməliyyatlar avtomatik həyata keçirilib. Kosmik missiyanın əsas məqsədi Marsda həyat izlərini axtarmaqdan ibarətdir.
“Perseverance” aparatı 7 alətdən ibarətdir və onlar Mars süxurlarının tədqiq olunması üçün Yer kürəsindən idarə olunacaqlar.
Aparat 23 ədəd kamera ilə təchiz olunub, 2 ədəd mikrofon vasitəsilə alimlər Mars səthində olan səsləri qeydə ala biləcəklər.