Türkiyədə koronavirusdan sağalanların sayı 2,5 milyon nəfəri ötüb

Fev19,2021

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 83 nəfər dünyasını dəyişib.

“QİA.AZ”ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 821 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 241 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 616 600 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 7 217 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 504 050 nəfər təşkil edir.

Oxşar Xəbərlər