NATO Gürcüstana Azərbaycan-Ermənistan razılaşmasına görə təşəkkür edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşüb.

QİA.AZ xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidməti məlumat yayıb.

Görüşdə NATO-Gürcüstan əməkdaşlığı ilə yanaşı, Cənubi Qafqaz və Qara dəniz bölgələrində təhlükəsizlik məsələləri də müzakirə olunub.

Tərəflər ABŞ-ın iştirakı və Gürcüstan baş nazirinin fəal köməyi ilə Azərbaycanla Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunublar. C.Appaturay İ. Qaribaşviliyə Ermənistanın 15 vətəndaşının sərbəst buraxılması və Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi ilə nəticələnən uğurlu vasitəçiliyə görə təşəkkür edib.

Görüşdə həmçinin Gürcüstanın NATO-ya inteqrasiya prosesi və işğal altında olan ərazilərdə ağır humanitar vəziyyət də nəzərdən keçirilib.

Oxşar Xəbərlər