Naxçıvana iqtisadiyyat naziri əvəzi təyin olunub

Dek 8, 2023

Abbas İsmayılov Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

QİA.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

İmzalanan digər sərəncamla, Abbas İsmayılov Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.

Həmçinin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Abbas İsmayılova həvalə edilib.

Oxşar Xəbərlər