Naxçıvanda 22 Aprel – Beynəlxalq Yer Günü qeyd olunub-FOTO

Apr22,2024

Beynəlxalq Yer Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahbuz rayonunun Biçənək kəndində yerləşən Biçənək meşəsində ağacəkmə aksiyası keçirilib.

QİA.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, aksiya Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşlarının və ekokönüllərin iştirakı ilə baş tutub. Aksiya çərçivəsində torpaq-iqlim şəraitinə uyğun ağaclar, eyni zamanda, muxtar respublikada ilk dəfə sınaq məqsədilə nazirliyin toxmacarlıq sahələrində yetişdirilən şabalıd tingləri əkilib.

Qeyd edək ki, bu gün nazirliyin və aidiyyəti tabeli qurumların əməkdaşlarının iştirakı ilə Batabat ərazisində də meşəbərpa işlərinin aparılması üçün torpaqda şırımlar açılıb.

Oxşar Xəbərlər