Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Apr19,2024

Salyan rayonunda yol qəzası baş verib, minik maşınlarının toqquşması nəticəsində xəsarət alanlar var.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, “Hyundai” və VAZ markalı avtomobillərin toqquşması ilə nəticələnən yol qəzası rayonun Qalalı kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində xəsarət alan üç nəfər – Həsənov Kərim, Məmmədov Əlisəfa və Mənəfov Nurlan Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər