Naxçıvanda internet portlarının sayı artırılır

Mar9,2021
internet

Naxçıvan şəhərinin bir sıra yaşayış məntəqələri üzrə fəaliyyət göstərən ATS-də internet portlarının sayı artırılır.

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən “QİA.az”a verilən məlumata görə, görülən işlər çərçivəsində şəhər üzrə portların sayı 896 ədəd artırılıb. Bununla yanaşı, rayon mərkəzlərində və kəndlərində də əhalinin internetə olan tələbatını nəzərə alaraq ATS-lərdə portların artırılması nəzərdə tutulub ki, bu sahədə də işlər aparılır.

Ötən ay ərzində 210 abonent internetlə təmin olunub. Sürətdən asılı olaraq internetin aylıq xidmət haqqı 12-40 manat təşkil edir.

Hazırda “Evədək optika” layihəsi çərçivəsində GPON texnologiyası üzərindən fərdi mənzillərə fiber-optik kabel xətləri çəkilir və zəruri avadanlıqlar quraşdırılır.

QİA.az

Oxşar Xəbərlər