Sahibə Qafarova hərbçilərin maaşlarının artmasından danışıb

Mar9,2021
əsgərlər

“Ölkəmizdə ordu quruculuğu ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Şanlı Ordumuzun nailliyyətləri Milli Məclisin iclasında da yüksək qiymətləndirilib”.

“QİA.az”ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən social siyasətin əsas istiqamətlərindən biridir:

“Bu yaxınlarda hərbi qulluqçuların maaşlarına müddətli əlavələr edilib. Bu qərar, zaman tələb edən bir prosesin nəticəsində qəbul olunub. Onların problemlərinin həlli bundan sonra da dövlətimizin diqqətində olacaq”.

Oxşar Xəbərlər