Demokratlar Partiyasından olan konqresmen Nensi Pelosi yenidən ABŞ Konqresinin Nümayəndələr Palatasının (Aşağı Palata) sədri seçilib.
“QİA.AZ” “dw”yə istinadən xəbər verir ki, o, 2022-ci ilədək qanunverici orqana rəhbərlik edəcək.
Kalifornaiya ştatından konqresmen seçilmiş N.Pelosi vəzifədə olduğu müddətdə hüquq-mühafizə orqanlarında islahatlara dair qanunların qəbul edilməsinə üstünlük verəcəyini deyib.
Qeyd edək ki, ABŞ-da bu post əhəmiyyətinə görə prezident və vitse-prezidentdən sonra üçüncü yerdədir.
Xatırladaq ki, Nensi Pelosi 1940-cı il martın 26-da Merilənd ştatının Baltimor şəhərində anadan olub. O, birinci dəfə 2007-ci il yanvarın 4-dən 2011-ci yanvarın 3-dək Konqresin Aşağı Palatasının sədri olub.