Nigeriyada koronavirusun ən təhlükəli növü aşkarlandı

Dek25,2020
Nigeriyada koronavirusun ən təhlükəli növü aşkarlandı

Nigeriyada COVID-19 infeksiyasının yeni ştammı aşkarlanıb.

“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və profilaktika üzrə mərkəzinin rəhbəri Con Nkenqasonq bildirib.

“Nigeriyada gördüyümüz o (ştamm-red) hələ məhdud məlumatlara əsaslandığımız 501 mutasiyasıdır. Görünən odur ki, bu, İngiltərə və Cənubi Afrikadakı kimi deyil, fərqli ştammdır. Ancaq yenə təkrar edirəm – bu, iki və ya üç genetik ardıcıllığa əsaslanır. Nigeriyada araşdırmanı genişləndirməliyik ”, – o deyib.

Dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19-un yeni növünün aşkarlanması barədə bildirib. Yeni ştam Londonda, həmçinin İngiltərənin cənub-şərqində yayılmağa başlayıb.

Bir neçə gün sonra – dekabrın 23-də Britaniyada Cənubi-Afrika Respublikasından gələn bir nəfərdə koronavirusun daha bir yeni növünün üzə çıxarılması haqqında bildiriblər.

Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

Oxşar Xəbərlər