Nişan mərasimi yarımçıq saxlanıldı

Apr11,2021 #Nişan

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayonun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evlərinin birində nişan mərasiminin keçirildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan “QİA.az”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb.

Kütləvi şəkildə toplaşaraq sanitar-gigiyena və karantin rejimi qaydalarını pozanlarla izahedici söhbətlər aparılıb, mərasimin təşkilatçısı və orada iştirak edənlər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

QİA.az

Oxşar Xəbərlər