Son iki taekvondoçumuz mübarizəyə başlayır

Apr11,2021 #Taekvondo

Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa çempionatının son günündə Azərbaycanın iki taekvondoçusu mübarizə aparacaq.

QİA.az” xəbər verir ki, Payam Qobadi Oğaz 87 kq, Radik İsayev isə 87 kq-dan yuxarı çəki dərəcəsində çıxış edəcək.

Qobadi ilk görüşündə Yunanıstan təmsilçisi Nikolaos Tzellosla, İsayev isə Serbiyadan olan Miloş Qoluboviçlə üz-üzə gələcək.

Qeyd edək ki, əvvəlki yarış günlərində Azərbaycan taekvondoçularından Milad Beigi Hərçəqani (80 kq) gümüş, Minayə Əkbərova (46 kq) isə bürünc medal qazanıb.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər