Ötən gün baş verən cinayət və hadisələrin statistikası

Fev18,2021

2021-ci il fevral ayının 17-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

DİN-in Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə,

– Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır. 

– Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.   

– Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

– Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılmışdır.

Oxşar Xəbərlər