Ötən gün qeydə alınmış cinayət və hadisələr haqqında statistika

Mar1,2021
Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb

2021-ci il fevral ayının 27-dən martın 1-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə,          

– Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılmışdır. 

– Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.   

         – Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

         – Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüşdür.  

– Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

         – Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılmışdır.

Oxşar Xəbərlər