“Meyvəli” bazarında yanğın başlayıb

Fev28,2021

Lökbatan qəsəbəsi ərazisindəki “Meyvəli” bazarında yanğın başlayıb.

QİA.AZ-ın məlumatına görə, yanğın ərzaq mağazalarının birində qeydə alınıb.

Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat veriləcək.

Oxşar Xəbərlər