2020-ci il Bakıda avtobusların iştirakı ilə baş verən qəzaların sayı açıqlanıb.
“QİA.AZ” bildirib ki, bu barədə “Report”a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Bildirib ki, avtobus sürücülərinin iştirakı ilə 26 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
2019-cu il ilə müqayisə etdikdə avtobus sürücülərinin iştirakı ilə baş vermiş qəzalarda 7 hadisə, 1 ölüm, 10 xəsarət sayı azalıb.