Energetika Nazirliyindən “QİA.AZ”a verilən məlumata görə, 2020-ci ilin IV rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşənmalların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 62 icazəverilib. Bunlardan 60-ı ixrac nəzarətinə düşən malların idxalı, 2-i isə tranziti ilə bağlı olub.Hesabat dövründə 58 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsiləhəyata keçirilib.Ümumilikdə 2020-ci ilin yanvar-dekabr ayları ərzində Energetika Nazirliyi tərəfindən227 icazə verilib ki, bunların 214-nü idxal, 7-ni ixrac, 6-nı isə tranzitlə bağlı icazələr təşkiledib. Bu dövrdə 182 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsiləhəyata keçirilib.Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASANxidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı,təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyəniştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilənəşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadirejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.