Pakistanın Bəlucistan əyalətinin inzibati mərkəzi Kvetta şəhərində mehmanxananın yaxınlığında baş vermiş partlayış nəticəsində azı iki polis həlak olub, daha səkkiz asayiş keşikçisi yaralanıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə əyalətin hökumət nümayəndəsinin bəyanatına istinadən “Dawn” qəzeti bildirib.
Nəşrin məlumatına əsasən, hücumun hədəfi polis avtomobili olub. Partlayıcı qurğu motosikldə qurulub.
Bundan başqa, hücum nəticəsində hadisə zamanı yoldan ötən daha dörd nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb.