Pandemiya istehlakçı davranışlarını tamamilə dəyişdirib. Bu da marketpleyslər, onlayn satış, malların çatdırılması, kompüter oyunları və müxtəlif tətbiqetmələr sahəsi, nağdsız ödənişlər və s. kimi istiqamətlərin artımına səbəb olub.
“QIA.AZ” xəbər verir ki, bu barədə “Invest-Foresight” “Amarkets” analitik şöbəsinin müdiri Artyom Deyevə istinadən bildirib.
O vurğulayıb ki, pandemiya hələ də mövcud olduğundan bu sektorlardan olan şirkətlərə diqqət yetirməyə dəyər.
“Həmçinin telekommunikasiya şirkətləri, məkanların və ictimai yerlərin dezinfeksiya edilməsi üzrə xidmətlər də böyüyür. Əlbəttə, əczaçılıq sahəsinin aktivləri də cəlbedicilik qazanır. Burada çox şey kütləvi istehsala gedəcək koronavirus peyvəndini kimin ilk istehsal etməsindən asılı olacaq.
Uzunmüddətli perspektivdə iqtisadiyyatın rəqəmsal transformasiyası ilə məşğul olan təşkilatlara, biomodifikasiya sektorundakı şirkətlərə, aktiv həyatın və uzunömürlülüyün uzadılması sahəsinə, eləcə də robot istehsalı sənayesinə üstünlük vermək lazımdır”, – analitik hesab edir.