Paşinyan: “Sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Rusiyanın təkliflərini qəbul edirik”

“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbulediləndir”.

QİA.AZ”  “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklif irəli sürüb: “Bunların üçü də bizim üçün qəbilediləndir. Mənim noyabrın 17-də verdiyim bəyanatdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbulediləndir”.

Oxşar Xəbərlər