Diasporla İş üzrə Dövlət Komitəsi ilə İctimai TV-nin ortaq layihəsi olan “Vətən
uzaqda deyil” proqramının növbəti buraxılışı Qazaxıstanın Sayram rayonunun
Qarasu kəndində yaşayan azərbaycanlıların şəxsiyyət vəsiqələrində və
pasportlarında milliyyətlərinin iranlı yazılması probleminə həsr olunub.
QİA.Az xəbər verir ki, verilişdə məsələnin mahiyyəti, bu problemin haradan qaynaqlanması ilə bağlı
soydaşlarımızdan müsahibələr alınıb və onların milliyyətlərinin iranlı yazılmasının
törətdiyi çətinliklər barədə danışılıb.
Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” verilişinin Qarasu
kəndindən hazırlanan xüsusi buraxılışını təqdim edirik.