Dünya bir ildən çoxdur, gözəgörünməz düşmənlə mübarizə aparır. Pandemiya ərzində 2,7 milyon insanın həyatına son qoyan koronavirusla mübarizədə ən vacib silah peyvənddir. Ancaq dünya bu mövzuda birləşə bilmir. Peyvəndin təchizatı məsələsindəki bərabərsizlik ziddiyyətlərə səbəb olub. Azərbaycan haqsızlığa məruz qalan ölkələrdən biridir.
Azərbaycan peyvənd təminatı ilə məşğul olan beynəlxalq COVAX proqramının üzvü olan ilk ölkələrdən biridir. Lakin COVAX Azərbaycana verdiyi vədə əməl etmir. Bu ilin birinci rübündə satın alınmalı olan peyvəndlər hələ yola salınmayıb.
COVAX təşəbbüsü çərçivəsində, “Biontech/Pfizer” peyvəndinin ilk partiyası Cənubi Qafqaz regionunda Gürcüstana çatdırılıb. Ölkə martın 13-də “AstraZeneca” peyvəndini alıb. Ancaq bu peyvəndlərin bir dozası belə, hələ Azərbaycana göndərilməyib.
QİA.AZ-ın məlumatına görə, “Haber Global” bunun səbəblərini araşdırıb.
Belə ki, “Haber Global” “Pfizer”dən peyvəndin Azərbaycana nə vaxt tədarük ediləcəyini soruşub. Şirkətin nümayəndəsi bunları deyib: “Peyvəndin ədalətli və bərabər səviyyədə əldə olunmasını təmin etmək üçün dünyadakı hökumətlər və qlobal səhiyyə tərəfdaşları ilə fəal şəkildə işləyirik. Hal-hazırda elan edəcəyimiz heç bir şey yoxdur”.
İlham Əliyev: Peyvəndi nə vaxt alacağımızı belə demirlər
Azərbaycan Prezidenti İlham Əliyev “Biz “AstraZeneca” peyvəndini çoxdan almalıydıq. Ala bilmədik. Bir neçə aydır ala bilmədik. COVAX-ın təşəbbüsü ilə “Pfizer” və “Moderna” peyvəndlərini ala bilmədik. Onları nə vaxt alacağımızı belə söyləmirlər”, – deyə bildirib.
Azərbaycan pandemiya ilə mübarizədə ön sıradadır. Pandemiya dövründə 30 ölkəyə humanitar dəstək verib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə edib. Azərbaycan Prezidenti İlham Əliyevin çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının koronavirusla mübarizə üzrə sammiti keçirilin. İlham Əliyev bütün çıxışlarında peyvənd bölgüsündə haqsızlığa xüsusi diqqət çəkib.
“İnkişaf etmiş ölkələrin sakinləri dünya əhalisinin 14/100 faizini təşkil edir. Ancaq bu ölkələr dünyadakı peyvəndlərin 53/100 faizini sifariş etdilər. Yəni hələ də ədalətsizlik var, bərabərsizlik var. Varlı ölkələr “Moderna” peyvəndinin 98/100 faizini sifariş etdilər. “Pfizer” Avropa istehsalı olan peyvənddir. Zəngin ölkələr “Pfizer” peyvəndinin 96/100 faizini sifariş etdi. Bəs yoxsul ölkələrin vətəndaşları nə etməlidir?”, – deyə Azərbaycan Prezidenti dünyaya səslənib.
Təchizat tarixi qeyri-müəyyəndir
COVAX-dan verilən son məlumata görə, peyvənd Azərbaycana vəd edilmiş dozadan az miqdarda çatdırıla bilər. Lakin tədarük tarixi qeyri-müəyyəndir.
Bütün haqsızlıqlara baxmayaraq, Azərbaycan tərəfindən vaxtında görülən tədbirlər sayəsində ölkədə peyvənd problemi yaranmadı. Çinin “Sinovac” şirkətinin “CoronaVAC” peyvəndi ölkədə yarım milyon insana vurulub. Hazırda peyvənd yaşı 40 və daha çox olanlara vurulur.
Prezident Əliyev “Xoşbəxtlikdən çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim də peyvənd almaq imkanımız var”, – deyərək bu məsələyə diqqət çəkib.
Hər ölkə təhlükəsiz olmadıqca heç kim təhlükəsiz olmayacaq
Koronavirus bütün dünya üçün təhlükə yaratmaqda davam edir. Bütün ölkələr təhlükəsiz olmadıqca heç bir ölkə təhlükəsiz olmayacaq. Effektiv bir silah peyvənddir. Ancaq peyvəndin bölgüsü ədalətsizdir. Varlı ölkələr peyvəndlə təmin olunduqları halda bəzi yoxsul ölkələr hətta bir doza peyvənd ala bilməyib.
Peyvənd bölgüsündə bərabərsizlik o həddə çatıb ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mövcud vəziyyəti qara yumorla müqayisə edib. Çünki bəzi ölkələr yoxsul ölkələrə peyvənd vermək üçün yaradılan COVAX Yardım Proqramından pulsuz doza almaq üçün sıraya düzülüblər.
Dünyada təxminən 500 milyon doza peyvənd hazırlanıb. Bunların 3/4-ü yalnız 5 ölkədə istifadə edilib.
Peyvənd “müharibələri” sadəcə zəngin və yoxsul ölkələr arasında baş vermir. Avropa Birliyi (AB) və İngiltərə “AstraZeneca” şirkətinin istehsal etdiyi peyvəndləri paylaşa bilməzlər.
Peyvəndin paylanılmasında ədalətsizlik AB-nin 27 ölkəsi üçün də problemə çevrildi. Vaksinlərin əhalinin sayı üzrə paylanılması prinsipi tətbiq olunmur.