İqtisadiyyat Nazirliyinə məxsus Pirallaı Sənaye Parkının rezidenti “Absheron Saffron LTD” MMC-nin möhürü itib.
“QİA.az” bu barədə nazirlik yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, möhür itdiyi üçün etibarsız sayılır.
Xatırladaq ki, “Absheron Saffron LTD” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 180 400 manatdır. Şirkət Pirallıda Türkiyə və İtaliya texnologiyaları əsasında quru zəfəran, zəfəran mürəbbəsi və zəfəran limonadı istehsal edir.