Premyer Liqa klubu tanınmış baş məşqçini qovur

Dek16,2020
Premyer Liqa klubu tanınmış baş məşqçini qovur

Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən “Vest Bromviç” klubu baş məşqçisi Slaven Biliçlə yollarını ayıracaq.

“QİA.AZ” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, komandanın XIII turda “Mançester Siti” ilə 1:1 hesablı heç-heçə etməsinə baxmayaraq 52 yaşlı xorvatiyalı mütəxəssis postundan göndəriləcək.

Onu ingiltərəli Sem Ellardays əvəzləyəcək. Rəsmi açıqlamanın bu gün elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, “Vest Bromviç” 13 oyundan sonra turnir cədvəlində 7 xalla 19-cu pillədə qərarlaşıb.

Oxşar Xəbərlər