Futbol üzrə İngiltərə Premyer Liqası tarixinin ən yaxşı transferləri bəlli olub.
“QIA.AZ” “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, hazırda İtaliya “Yuventus”unda çıxış edən Kriştianu Ronaldunun 2003-cü ildə Portuqaliyanın “Sportinq” klubundan “Mançester Yunayted”ə keçidi birinci pillədə yer alıb.
1999-cu ildə “Yuventus”dan “Arsenal”a transfer olan Tyerri Anri ikinci, 1992-ci ildə “Lids Yunayted”i “Mançester Yunayted”ə dəyişən Erik Kantonanın keçidi isə üçüncü sıranı tutub.
Qeyd edək ki, “Mançester Yunayted” Ronaldunu 19 milyon avroya transfer etmişdi. O, 2009-cu ildə İspaniyanın “Real Madrid” klubuna, 2018-ci ildə isə “Yuventus”a keçib.