Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi hərbi qələbədə əsas rol oynayıb.
“QİA.AZ”-ın məlumatına görə, bunu rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Bakıda ziyalı və jurnalistlərlə görüşü zamanı deyib.
O qeyd edib ki, Şuşa şəhərinin nəzarət altına alınması Dağlıq Qarabağdakı hərbi əməliyyatların dönüş nöqtəsi oldu:
“Bu müharibəni pilotsuz uçuş aparatları deyil, xalq uddu və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Prezident İlham Əliyev Azərbaycanın əldə etdiyi hərbi qələbədə əsas rol oynadı”.
Ekspertin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ölkənin iqtisadi inkişafında yeni nailiyyətlərə gətirib çıxaracaq.
Regionda nəqliyyat əlaqələrinin inkişafı mövzusuna toxunan İ.Korotçenko vurğulayıb ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması təkcə Azərbaycanın deyil, həm də Ermənistanın marağındadır.